İsveçrə hökuməti Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Operativ Media xəbər verir ki, təhlükəsizlik səbəbləri ilə səfirliyin əməkdaşları İranı tərk edərək Azərbaycana təxliyə olunublar.
Rəsmi açıqlamada bu addımın regionda artan gərginlik və təhlükəsizlik riskləri ilə əlaqədar atıldığı bildirilib.
İsveçrə rəsmiləri vəziyyəti yaxından izlədiklərini və diplomatik heyətin təhlükəsizliyini prioritet hesab etdiklərini vurğulayıblar.