İsrail hökuməti 1000 yeni mobil sığınacaq tikmək və 500 mövcud sığınacaqların təmiri planını təsdiqləyib .
Operativ Media xəbər verir ki, bu barədə İsrail müdafiə nazirliyi məlumat yayıb.
Müdafiə nazirliyinin bəyanatında deyilir. "İsrail hökuməti Müdafiə Nazirliyi və Daxili İşlər Komandanlığı tərəfindən ölkə daxilində 500 ictimai bomba sığınacağının təmiri və 1000 portativ yol kənarında sığınacaq quraşdırmaq planını təsdiqləyib ".
Qeyd olunur ki, təmiri planlaşdırılan sığınacaqlar əsasən son günlər İran tərəfindən dəfələrlə atəşə tutulan İsrailin mərkəzində yerləşir, yeni mobil sığınacaqlar isə ölkə boyu təhlükəli ərazilərə yönəldiləcək.
Bütün planın həyata keçirilməsi dövlətə təxminən 28,6 milyon dollara başa gələcək.