Menyu

Braziliyada daşqınlar səbəbindən 3 nəfər həyatını itirib

Braziliyada daşqınlar səbəbindən 3 nəfər həyatını itirib

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul əyalətində güclü yağışlar daşqına səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İndiyədək daşqınlarda 3 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.

Mülki müdafiə qrupları tərəfindən yağışdan zərər çəkmiş ərazilərdən 6 minə yaxın insan təxliyə edilib.

Çayların daşdığı və bir çox evin su altında qaldığı ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Təxminən 100 şəhərin daşqınlardan zərər çəkdiyi və təxliyə işlərinin çətinliklə davam etdiyi bildirilib.

 

Teqlər:

"Braziliyada da\u015fq\u0131nlar s\u0259b\u0259bind\u0259n 3 n\u0259f\u0259r h\u0259yat\u0131n\u0131 itirib"

Əlaqəli Xəbərlər