Menyu

Paşinyan Ərdoğanı Ermənistana səfərə dəvət edib

Paşinyan Ərdoğanı Ermənistana səfərə dəvət edib

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvana səfərə dəvət edib.

Operativ Media xəbər verir ki, bu barədə Paşinyan dünən İstanbulda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Paşinyan qeyd edib: “Mən Türkiyə prezidentini gələn ilin yazında Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfərə dəvət etmək niyyətindəyəm”.

Onun sözlərinə görə, sammit həm də Türkiyənin yardımı ilə Yerevanda baş tutacaq: "Tarixlər hələ dəqiqləşdirilir. Ümid edirəm ki, gələn il ( Türkiyə prezidenti ilə - İF ) görüş Yerevanda baş tutacaq".

Teqlər:

"Pa\u015finyan \u018frdo\u011fan\u0131 Erm\u0259nistana s\u0259f\u0259r\u0259 d\u0259v\u0259t edib"

Əlaqəli Xəbərlər