İranda İsrail kəşfiyyat xidmətləri ilə əlaqədə olan 9 nəfər saxlanılıb
İranın Buşehr əyalətində İsrail kəşfiyyat xidmətləri ilə əlaqədə olduqları və ictimai rəyi qıcıqlandıran fəaliyyətlə məşğul olduqları iddia edilən 9 nəfər saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Buşehr polis rəisi Heydər Suseni məsələ ilə bağlı açıqlama verib.
Suseni bildirib: "Aparılan təqib və işlər nəticəsində ictimaiyyəti təxribata çəkərək və cəmiyyətin psixoloji təhlükəsizliyini hədəf alaraq İsrailə dəstək vermək əzmində olan 9 nəfər saxlanılıb".
İran rəsmisi qeyd edib ki, əsir götürülən şəxslər ədalətə təhvil verilib.
Teqlər:
"\u0130randa \u0130srail k\u0259\u015ffiyyat xidm\u0259tl\u0259ri il\u0259 \u0259laq\u0259d\u0259 olan 9 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"