Menyu

Əraqçi: ABŞ-nin İrana qarşı hərbi kampaniyaya girməsi hər kəsə təsir edəcək

Əraqçi: ABŞ-nin İrana qarşı hərbi kampaniyaya girməsi hər kəsə təsir edəcək
1 dəq oxu

ABŞ İsrailin İrana zərbələrinə qoşularsa, belə bir addımın təhlükəli nəticələri hər yerdə hiss olunacaq.

Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Əraqçi qeyd edib: "Təəssüf ki, biz eşitmişik ki, ABŞ təcavüzə qoşula bilər. Bu, çox təəssüfləndirici və hamı üçün çox təhlükəli olar".

Nazir qeyd edib ki, dialoqun bərpası üçün İsrailin zərbələri dayandırılmalıdır: “Aydındır ki, xalqımız ABŞ-in dəstəklədiyi bombardmanlar altında olanda mən ABŞ-lə danışıqlara gedə bilmərəm”.

Əlaqəli Xəbərlər