Aİ Yaxın Şərqdəki gərginliklə bağlı dərin narahatlığını bildirib

Əsəd Abbaslı
Aİ Yaxın Şərqdəki gərginliklə bağlı dərin narahatlığını bildirib

Yaxın Şərqdən gələn xəbərlər dərin narahatlıq doğurur.

Operativ Media xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Yaxın Şərqdəki vəziyyətlə bağlı "X" sosial platformasında paylaşım edib.

O, bölgədən gələn xəbərlərin dərin narahatlıq doğurduğunu bildirib və bütün tərəfləri təmkinli olmağa, beynəlxalq hüquq və nüvə təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb.

“Diplomatiya Yaxın Şərqdə sülh və təhlükəsizliyi təmin etməyin yeganə yoludur. Gərginliyin artması bir daha dinc əhalini hədəfə çevirəcək,” – deyə Koşta vurğulayıb.

O əlavə edib ki, Aİ tərəflərlə və beynəlxalq partnyorlarla danışıqlar yolu ilə sülhə nail olmaq üçün fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər