22 İyun 2025, 22:28
Makron Pezeşkianla telefonla danışıb
Makron Pezeşkianla telefonla danışıb şəkil
Makron Pezeşkianla telefonla danışıb

Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra İran lideri Məsud Pezeşkianla telefonla danışıb.

Operativ Media xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində yazıb və vəziyyətin təhlükəli olduğunu bildirib.

Söhbət zamanı Fransa lideri Tehranı nizamlanma üçün diplomatik mexanizmlərə qayıtmaq məqsədilə gərginliyi azaltmağa və maksimum təmkin nümayiş etdirməyə çağırıb.

Yelisey Sarayından bildirilib ki, Fransa prezidenti regiondakı mövcud vəziyyəti qiymətləndirmək üçün bir sıra Yaxın Şərq liderləri ilə, o cümlədən Səudiyyə Ərəbistanının vəliəhdi, Oman Sultanı, BƏƏ prezidenti və Qətər əmiri ilə də telefon danışıqları aparıb.

Bundan əlavə, Makron yaxın saatlarda ABŞ-nin İran obyektlərini bombalaması fonunda Fransa Milli Müdafiə və Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş fövqəladə iclasını keçirmək niyyətindədir.

Son xəbərlər
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb
"Zirə" Türkiyə klubuna qalib gəldi
Bakının bəzi ərazisində işıq olmayacaq
Nərimanov rayonunda su kəsiləcək