Tramp: Uğurlu hərbi əməliyyat nüvə bombasını Tehranın əlindən aldı

Əsəd Abbaslı
Tramp: Uğurlu hərbi əməliyyat nüvə bombasını Tehranın əlindən aldı

Amerika Birləşmiş Ştatlar (ABŞ) İrana qarşı uğurlu hərbi əməliyyat keçirdi və nüvə bombasını Tehranın əlindən aldı.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Social Truth” sosial şəbəkəsində yazıb.

“Dünən biz təsirli hərbi uğur əldə etdik, bombanı birbaşa onların əlindən aldıq. Onlar bacarsaydı, bundan istifadə edərdilər! Dünənki hücum Vaşinqtonun tam və mütləq qələbəsi oldu”, - dövlət başçısı iddia edib.

Tramp həmçinin İrana zərbələr endirilməsini ABŞ konstitusiyasının pozulması kimi təqdim edən Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massini kəskin tənqid edib.

Prezident bəyan edib ki, Respublikaçılar Partiyasının praymerizində öz partiya yoldaşının rəqibini dəstəkləyəcək

Digər xəbərlər