Körfəz ölkələrinin bəziləri hava məkanını bağlayıb
Əsəd Abbaslı
Qətər hökuməti təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Qətərin öz vətəndaşlarının, əcnəbi sakinlərinin və turistlərin təhlükəsizliyini təmin etmək istəyinə əsaslanaraq, müvafiq xidmətlər dövlətin hava məkanında hava hərəkətinin bağlandığını elan edir. Bu tədbirlər regionda baş verən proseslər fonunda bir sıra digər qabaqlayıcı tədbirlərlə yanaşı həyata keçirilir", - nazirliyin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Bundan əlavə, Körfəz ölkələrinin əksəriyyəti də, hava məkanını bağlayıb.
Bu ölkələr Qətər, Küveyt, İraq, Bəhreyn və BƏƏ-dir.
Teqlər:
"K\u00f6rf\u0259z \u00f6lk\u0259l\u0259rinin b\u0259zil\u0259ri hava m\u0259kan\u0131n\u0131 ba\u011flay\u0131b"