İsrail ordusu İrandan növbəti dəfə raket atdığını bildirib
Əziz Əzizli
Atəşkəs müzakirələri davam edərkən, İsrail ordusu İrandan raketlər atıldığını açıqlayıb və insanları sığınacaqlara daxil olmağa çağırıb.
Operativ Media xəbər verir ki, Ordudan verilən açıqlamada İrandan yeni raket hücumunun həyata keçirildiyi bildirilib.
Bəyanatda, İrandan atılan raketlərə görə insanlara sığınacaqları tərk etməməyə çağırılaraq, növbəti xəbərdarlığa qədər qorunan ərazilərdə qalmaları lazım olduğu bildirilib.
Açıqlamada hava hücumundan müdafiə sistemlərinin raketlərin qarşısını almağa çalışdığı, ölkənin bir çox şəhərində həyəcan siqnallarının işə salındığı bildirilib.
Teqlər:
"\u0130srail ordusu \u0130randan n\u00f6vb\u0259ti d\u0259f\u0259 raket atd\u0131\u011f\u0131n\u0131 bildirib"