Türkiyənin Adana şəhərində zəlzələ olub
Əziz Əzizli
Türkiyənin Adana şəhərinin Sayımbəyli rayonunda 4,5 maqnitudalı zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 07:09-da episentri Adananın Sayımbəyli rayonu olan 4,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Zəlzələnin 6,96 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net