Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətinə dəstək göstəricisi azalıb və 41 faizədək enib.
Operativ Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi və “Ipsos” tədqiqat şirkətinin birgə keçirdiyi sosioloji sorğunun nəticələrində bildirilir.
Ayın əvvəlində aparılan sorğu ilə müqayisədə Trampa dəstək səviyyəsi bir faiz bəndi azalıb. Belə ki, əvvəlki sorğuda respondentlərin 42 faizi onun fəaliyyətini dəstəklədiyini bildirmişdi. Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik müddətində qeydə alınan ən aşağı göstəricidir.
Sorğu ABŞ-nin 1139 vətəndaşı arasında keçirilib və nəticələrin təqribən üç faiz bəndi qədər xəta payı olduğu vurğulanır.