Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen İsrail-İran atəşkəsi alqışlayıb və İranı diplomatik prosesdə iştirak etməyə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fon der Leyen: "Avropa Prezident Trampın atəşkəs elanını alqışlayır. Bu, qarışıqlıq içində olan regionda sabitliyin bərpası üçün mühüm addımdır. Bu, bizim
ümumi prioritetimiz olmalıdır".
Von der Leyen böhranın ancaq danışıqlar masasında həll oluna biləcəyini vurğulayaraq, İranı etibarlı diplomatik prosesdə ciddi iştirak etməyə çağırırıq deyib.