Menyu

Pakistan İranın Qətərdəki ABŞ bazasına hücumundan narahat olduğunu bildirib

Pakistan İranın Qətərdəki ABŞ bazasına hücumundan narahat olduğunu bildirib
1 dəq oxu

Pakistan Xarici İşlər Nazirliyi İranın Qətərdəki ABŞ bazasına ballistik raket hücumu ilə bağlı yazılı açıqlama verib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bəyanatda Pakistanın Qətərdəki bazaya hücumlar nəticəsində bölgədə təhlükəsizlik vəziyyətinin ciddi şəkildə gərginləşməsindən dərin narahat və təşvişə düşdüyü bildirilib.

Həmçinin bəyanatda son zamanlar bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinin pozulması qətiyyətlə pislənilib, beynəlxalq hüququn fundamental prinsiplərinə riayət olunması və bütün tərəflərin mülayimlik nümayiş etdirilməsi çağırışı edilib.

 

Əlaqəli Xəbərlər