Peskov: Biz İsrail və İran arasında atəşkəsi alqışlayırıq

admin
Peskov: Biz İsrail və İran arasında atəşkəsi alqışlayırıq

Kremlin sözçüsü Dimtri Peskov jurnalistlərin suallarını cavablandırıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rusiyanın ABŞ-nin İrana hücumları ilə bağlı məlumatı müvafiq kanallar vasitəsilə aldığına diqqət çəkən Peskov, hücumların vurduğu zərəri qiymətləndirmək üçün zamana ehtiyac olduğunu bildirib.

Peskov Rusiya prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Əraqçi arasında dünən Moskvada keçirilən görüşdə İranın ABŞ-yə cavab hücumunun gündəmdə olmadığını qeyd edib.

ABŞ prezidenti Donald Trampın İsraillə İran arasında elan etdiyi atəşkəs barədə danışan Peskov bildirib:  "Əgər atəşkəs həqiqətən əldə edilirsə, bunu ancaq alqışlamaq olar. Münaqişə başlayandan bəri Rusiyanın istədiyi budur. Ümid edirik ki, bu, davamlı atəşkəs olacaq".

 

Digər xəbərlər