Menyu

Arxiyepiskop Mikael Acapaxyan həbs edilib

Arxiyepiskop Mikael Acapaxyan həbs edilib

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Acapaxyan iki aylıq müddətə həbs edilib, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

İlkin məlumata görə, arxiyepiskop Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılacaq.

Mikael Acapaxyan Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər