İtaliyada istilər səbəbindən qırmızı xəbərdarlıq edilib

admin
İtaliyada istilər səbəbindən qırmızı xəbərdarlıq edilib

Həftə sonu İtaliyada artacağı gözlənilən həddindən artıq istilər səbəbindən 21 şəhər üçün qırmızı və ya ən yüksək risk xəbərdarlığı verilib.

Operativ Media xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi verdiyi açıqlamada xüsusilə günəşdən qorunma ilə bağlı xəbərdarlıq və ehtiyat tədbirlərini vurğulayıb.

Nazirlikdən verilən məlumata görə, ən yüksək istilik riskinin bu gün Ankona, Bolonya, Bolzano, Brescia, Florensiya, Frozinone, Latina, Milan, Neapol, Palermo, Perugia, Pescara, Roma, Turin, Triest, Venesiya və Verona şəhərlərində olacağı gözlənilir.

Xüsusilə bu şəhərlərdə yaşayanların günəşin zərərli təsirlərindən qorunmaları vacibdir.

Digər xəbərlər