Türkiyədə meşə yanğınları ilə bağlı 31 nəfər saxlanılıb

Əsəd Abbaslı
Türkiyədə meşə yanğınları ilə bağlı 31 nəfər saxlanılıb

“Meşə yanğınlarının söndürülməsinə 150-yə yaxın təyyarə, 25 min nəfər və 6 minə yaxın yerüstü texnika cəlb olunub”.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri deyib: "Müxtəlif əyalətlərdə baş verən yanğınların bəziləri nəzarət altına alınıb. Doqquz yanğın hələ də söndürülməyib və mübarizə aparılır. 27 təyyarə, 105 helikopter və 14 pilotsuz uçuş aparatından ibarət hava donanmamızla yanğını söndürməyə çalışırııq. Həmçinin 6 minə yaxın su maşını, texnika və təcili tibbi yardım maşınlarımız işləyir.

İyunun 1-dən Türkiyədə 1516 meşə yanğını baş verib, onlardan 1507-si nəzarət altına alınıb. Təyyarələrimiz və helikopterlərimiz ümumilikdə 10 260 uçuş həyata keçirib və 33 200 ton su buraxıb. Yanğınlarla bağlı 31 şübhəli saxlanılıb, onlardan 10-u həbs edilib, 10-u məhkəmə nəzarəti altında sərbəst buraxılıb".

Qeyd edək ki, son bir neçə gündə Türkiyədə meşə və əkinçilik sahələrində 260-dan çox yanğın baş verib. Cənubdakı Mersin və Hatay vilayətlərində, Antalya və Muğla kurort əyalətlərində də meşələrdə yanğınlar qeydə alınıb. Yanğınlar kurort zonalarına birbaşa təsir etməyib və turistlər üçün heç bir təhlükə yoxdur.

Digər xəbərlər