Menyu

Tramp Suriyaya qarşı sanksiyaları ləğv edən sərəncam imzalayıb

Əziz Əzizli
Tramp Suriyaya qarşı sanksiyaları ləğv edən sərəncam imzalayıb

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini ləğv edən fərman imzalayıb, lakin bu, əvvəlki lider Bəşər Əsəd və onunla əlaqəli şəxslərə şamil edilmir.

Operativ Media xəbər verir ki, sənədin mətnini Ağ Evin mətbuat xidməti açıqlayıb.

Sənəddə göstərildiyi kimi, məhdudiyyətlər iyulun 1-dən etibarən ləğv ediləcək və ABŞ-nin dövlət katibi Marko Rubioya mümkün olduğu təqdirdə Dəməşqə qarşı sanksiyaların BMT çərçivəsində də ləğv olunmasını təmin etmək tapşırılıb. Bundan əlavə, ABŞ Dövlət Departamentinin rəhbərinə Suriyanın ABŞ-nin terroru himayə edən ölkələr siyahısından çıxarılması imkanlarını nəzərdən keçirmək tapşırılıb. Rubioya, həmçinin “Həyat Təhrir əş-Şam” qruplaşmasının və onun lideri Əhməd əl-Şaraanın ABŞ-nin “qara siyahı”sında saxlanmasının məqsədəuyğunluğunu araşdırmaq tapşırılıb.

Teqlər:

"Tramp Suriyaya qar\u015f\u0131 sanksiyalar\u0131 l\u0259\u011fv ed\u0259n s\u0259r\u0259ncam imzalay\u0131b"

Əlaqəli Xəbərlər