BMT: Humanitar yardıma çatmağa çalışan 580 fələstinli həlak olub

admin
BMT: Humanitar yardıma çatmağa çalışan 580 fələstinli həlak olub

Qəzzadakı hadisələr BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) müzakirə edilib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Burada üzv dövlətlərə məlumat verən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari bildirib ki, İsrail təxminən 80 gündür Qəzzaya heç bir humanitar və kommersiya yardımının girməsinə icazə vermir.

Xiari son günlərdə bölgəyə məhdud yardımların çatmağa başladığını, lakin bu yardımın Qəzza xalqının ciddi humanitar ehtiyaclarını qarşılamaqdan uzaq olduğunu vurğulayıb.

İyunun 17-dən bu yana İsrail və ABŞ-ın rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fonduna və ya yardım karvanlarına çatmağa çalışan ən azı 580 fələstinlinin öldürüldüyünü açıqlayan Xiari bildirib: "Qəzzada yardım almağa çalışan fələstinlilərin ölüm və yaralanmalarını şiddətlə qınayırıq. Dərhal və müstəqil araşdırma aparılmalı və bu hadisələrə görə məsuliyyət daşıyanlar cavab verməlidir".

Digər xəbərlər