Menyu

Əraqçi: ABŞ nüvə danışıqlarını bərpa etmək üçün yeni zərbələri istisna etməlidir

Əraqçi: ABŞ nüvə danışıqlarını bərpa etmək üçün yeni zərbələri istisna etməlidir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranın nüvə proqramı üzrə ABŞ ilə danışıqları bərpa etmək üçün Tehran danışıqlar prosesi zamanı Vaşinqtonun yeni zərbələr endirməyəcəyinə əmin olmalıdır.

Operativ Media xəbər verir ki, bu barədə Abbas Əraqçi CBS telekanalına müsahibəsində deyib.

ABŞ prezidenti Donald Trampın İranla danışıqların bu həftə bərpa oluna biləcəyi ilə bağlı əvvəlki bəyanatını şərh edən Əraqçi bildirib:

 “Əməkdaşlığı bərpa etmək barədə qərar qəbul etmək üçün əvvəlcə Amerikanın danışıqlar zamanı bizə qarşı hərbi hücuma keçməyəcəyinə əmin olmalıyıq” .

Danışıqların bu qədər tez davam edəcəyini düşünmürəm. Düşünürəm ki, bütün bu mülahizələri nəzərə alaraq, bizə hələ daha çox vaxt lazımdır".

O əlavə edib ki, “diplomatiyanın qapıları heç vaxt bağlanmayacaq”.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər