Menyu

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırıla bilər

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırıla bilər
1 dəq oxu

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyünü açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

Alen Simonyan qeyd edib: "Hesab edirəm ki, biz çox ciddi şəkildə Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsinin müzakirəsinə başlamalıyıq. Əgər dövlət telekanalları Ermənistanın daxili işlərinə qarışmağa icazə verirlərsə, o zaman biz də reaksiya verməliyik və ən azı onların cəmiyyətimizin mənzillərinə girişini bağlamalıyıq”.

Qeyd edək ki, bundan əvvəl İrəvan Moskvaya nota göndərərək , Rusiyanın bir sıra dövlət rəsmilərinin erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyanın işi ilə bağlı açıqlamalarını Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

 

Əlaqəli Xəbərlər