İran İslam Respublikası Xarici İşlər Naziri Səid Əbbas İraqçı ilə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə "İsna" məlumat yayıb.
Telefon danışığı zamanı rəsmilər ikitərəfli münasibətlərin cari vəziyyəti və İsrail rejimi ilə ABŞ-nin İran ərazisinə qarşı həyata keçirdiyi hərbi təcavüzdən sonra yaranmış regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.