Menyu

Lukaşenko ABŞ-ni ikili standartlarda ittiham edib

Əsəd Abbaslı
Lukaşenko ABŞ-ni ikili standartlarda ittiham edib
1 dəq oxu

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi zərbəni qeyri-qanuni adlandırıb.

Operativ Media xəbər verir ki, o, bu fikirləri Belarusun Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə səsləndirib.

Lukaşenko çıxışında ABŞ Prezidenti Donald Trampın siyasətində ziddiyyət olduğunu vurğulayıb:

"Tramp bir tərəfdən də sülhməramlı kimi çıxış edir - Ukraynada müharibəni dayandırmaq istəyir. Amma digər tərəfdən İrana tamamilə qanunsuz zərbə endirir".

Əlaqəli Xəbərlər