İsrail ordusu Qəzza zolağında əsir götürülən 14 nəfəri şəhərin mərkəzi hissəsində yerləşən Deyr əl-Bələhin cənub-şərqindəki Kisufim Sərhəd Qapısından azad edib.
Operativ Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, əsirlər Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərlə Deyr əl-Bələhdəki Əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıb və orada tibbi müayinədən keçiblər.
Bu gün azadlığa buraxılan və aylarla İsrail həbsxanalarında saxlanılan məhbusların bu müddət ərzində sistematik işgəncələrə, aclığa və qəsdən tibbi laqeydliyə məruz qaldıqları bildirilir.