İtaliyada son günlər müşahidə olunan həddindən artıq isti hava səbəbindən iki nəfərin öldüyü bildirilib.
Operativ Media xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Agentliyin məlumatına görə, ötən gün ölkənin cənubundakı Palermo şəhərində 53 yaşlı qadın küçənin ortasında xəstələnərək dünyasını dəyişib. Ürəyində problem olduğu deyilən qadının həddindən artıq isti havanın təsirindən dünyasını dəyişdiyi bildirilib.
Daha bir ölüm ölkənin şimalındakı Bolonyadan baş verib. Bildirilib ki, şəhər yaxınlığındakı dayanacaq tikintisində işləyən 47 yaşlı mühacir istidən halı pisləşərək qəfil yerə yıxılıb və dünyasını dəyişib.