Peskov: Rusiya Azərbaycanda saxlanılan rusları hər vasitə ilə müdafiə edəcək
"Kreml Azərbaycanda saxlanılan rusiyalıların videogörüntülərini nəzərə alıb".
Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Həqiqətən, biz bütün video görüntüləri gördük, diqqətlə gördük. Bütün detallara diqqət etdik. Biz diplomatik kanallar vasitəsilə vətəndaşlarımızın qanuni maraqlarını qoruyacağıq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Rusiya Azərbaycanda saxlanılan rusları hər vasitə ilə müdafiə edəcək" - deyə, Peskov bildirib.
Teqlər:
"Peskov: Rusiya Az\u0259rbaycanda saxlan\u0131lan ruslar\u0131 h\u0259r vasit\u0259 il\u0259 m\u00fcdafi\u0259 ed\u0259c\u0259k"