Ukraynanın şimal-qərbindəki Jitomir vilayətində baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Jitomir vilayəti administrasiyasının rəhbəri Vitali Buneçko məlumat verib.
Buneçko bildirib: "Jitomir yaxınlığındakı Berezina kəndində M-06 beynəlxalq magistral yolunda iki partlayış baş verib. Təəssüf ki, iki nəfərin öldüyü və 15 nəfərin yaralanması ilə bağlı məlumatı təsdiqləyə bilərik".
Məlumata görə, partlayışdan sonra Kiyevə gedən avtomobil yolu tamamilə bağlanıb.
Partlayışın sənaye müəssisəsinin anbarında baş verdiyi iddia olunur.