Şimali Koreya Rusiya tərəfində Ukraynaya qarşı döyüşmək üçün yerləşdirdiyi qoşunların sayını üç dəfə artırır və Moskvaya kömək üçün əlavə 25-30 min hərbçi göndərir.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyat idarəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi Koreya hərbçilərini Rusiya döyüş hissələrinə gələcək inteqrasiyası üçün lazımi avadanlıq, silah və sursatla təmin edə bilir.
Həmçinin Rusiya hərbi təyyarələrinin Pxenyan əsgərlərini daşımaq üçün yenidən təchiz olunduğuna dair iddialar da var.