Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan korrupsiya və qanunsuz sahibkarlıqda ittiham olunub.
Operativ Media xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, sabiq prezident 2000-2018-ci illərdə müxtəlif yüksək vəzifələrdə işləyərkən bizneslə məşğul olub.
Sarkisyan vəzifə səlahiyyətlərindən istifadə edərək vəkillər vasitəsilə kommersiya şirkətləri yaradıb və Ararat rayonunda bitum zavodunun tikintisində iştirak edib.