Ukrayna Rusiyanın kimya zavodunu vurub
Əsəd Abbaslı
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində yerləşən bir kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Operativ Media xəbər verir ki, zavodun vurulmasından sonra sənaye zonasında qalın qara tüstü müşahidə olunub.
Hücum nəticəsində iki nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Ukrayna Müdafiə Nazirliyi bu hücumda təyyarə tipli pilotsuz uçan aparatlarının istifadə edildiyini açıqlayıb.
Bu tip pilotsuz təyyarələr geniş diapazona sahib olmaqla yanaşı, bir neçə onlarla kiloqrama qədər partlayıcı maddə daşımaq qabiliyyətinə malikdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net