Zelenski: Rusiya ötən gecə 500-dən çox dron və raket buraxıb
Əsəd Abbaslı
Ukraynaya qarşı ötən gecə hücumu zamanı onlarla Rusiya kamikadze dronu - “Şahid”lər Ukrayna tərəfindən istehsal olunan dronlar tərəfindən vurulub.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində məlumat verib.
O, xatırladıb ki, bu dəfə Rusiya 500-dən çox zərbə dronu və raket buraxıb. Bu hücum vasitələrinin əhəmiyyətli hissəsi məhv edilib.
Prezidentin sözlərinə görə, Ukrayna hücum dronlarının istehsalını genişləndirmək, eləcə də dron operatorlarının hazırlanması və təlimi üzərində işləyəcək.
Teqlər:
"Zelenski: Rusiya \u00f6t\u0259n gec\u0259 500-d\u0259n \u00e7ox dron v\u0259 raket burax\u0131b"