Azərbaycan ABŞ-nin Texas ştatında baş verən güclü daşqınlar nəticəsində çoxsaylı insanın həyatını itirməsi və yaralanması ilə bağlı başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə XİN açıqlama yayıb.
Azərbaycan tərəfinin açıqlamasında bildirilib ki, baş verən hadisə dərin üzüntü ilə qarşılanıb.
“ABŞ hökumətinə və fəlakətdən zərər çəkmiş bütün insanlara səmimi başsağlığı veririk. Həyatını itirənlərin itkisinə yas tutur, çətinliklə üzləşən ailələrin yanında olduğumuzu bildiririk. Ümid edirik ki, ABŞ bu faciənin nəticələrini tezliklə aradan qaldıracaq,” – deyə bəyanatda vurğulanıb.