İran XİN: Qanunsuz hücumlar nəticəsində 6 mindən çox günahsız insan həlak olub
Əsəd Abbaslı
"ABŞ-İsrailin inkişaf etməkdə olan qeyri-nüvə dövləti olan İrana qarşı son təcavüzü dünya sülhünün gələcəyi üçün son dərəcə mühüm təsirlər göstərəcək".
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS sammitində bildirib.
"İsrail rejiminin İrana qeyri-qanuni hücumu BMT Nizamnaməsinə zidd təcavüz aktıdır. Bu qanunsuz hücumlar nəticəsində 6 mindən çox günahsız insan həlak olub, yaralanıb, infrastrukturumuza, yaşayış məntəqələrimizə və nüvə obyektlərimizə ziyan dəyib. Bu təcavüz diplomatiyaya və hüquq hakimiyyətinə ölümcül zərbə vurub", - deyə Əraqçi bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net