Menyu

Tonqa sahillərində 5,5 maqnitudalı zəlzələ olub

Əziz Əzizli
Tonqa sahillərində 5,5 maqnitudalı zəlzələ olub

Tonqa Krallığının Tonqatapu adasının şərq sahilində 5,5 bal gücündə zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri ada dövlətinin paytaxtı, 24 mindən çox insanın yaşadığı Nukualofa şəhərindən 60 km aralıda olub. Zəlzələnin ocağı təxminən 34 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər