İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
Əziz Əzizli
İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1 060 nəfərə çatıb.
Operativ Media-nın xəbərinə görə, bu barədə İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi İran dövlət televiziyasında məlumat verib.
"Bu axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1 060 nəfəri dəfn etdik", - məmur bildirib.
Bundan əvvəl İslam Respublikası ərazisinə endirilən zərbələr nəticəsində 935 nəfərin öldüyü bildirilirdi.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma