Texasda daşqınlar nəticəsində ölənlərin sayı artıb
Əziz Əzizli
ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 104 nəfər ölüb.
Bu barədə Operativ Media “NBC News”a istinadən xəbər verir.
Məlumata görə, ölənlər arasında azı 28 uşaq var. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər edəcəyini açıqlayıb. İyulun 6-da o, Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib. Tramp qeyd edib ki, federal hakimiyyət orqanları daşqının fəsadlarının aradan qaldırılmasında yerli xidmətlərə köməklik göztərir. İyulun 5-də ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Texasa gedib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net