Qəzzada son 24 saat ərzində 100 nəfər ölüb

Əziz Əzizli
Qəzzada son 24 saat ərzində 100 nəfər ölüb

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 100 fələstinli həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hücumlar nəticəsində Qəzza zolağında 105 nəfər ölüb, 356 nəfər isə yaralanaraq xəstəxanalara yerləşdirilib. Bildirilib ki, xəsarət alanlardan bəziləri hələ də dağıntılar altında qalır və onlara təcili yardım briqadaları və mülki müdafiə qüvvələri çata bilmir.

Bundan əlavə, qeyd olunur ki, son sutka ərzində humanitar yardım paylama məntəqələrində növbəyə duran fələstinlilərə İsrail hərbçilərinin hücumu nəticəsində azı 7 nəfər həyatını itirib, 74-dən çox insan yaralanıb.

Digər xəbərlər