Menyu

Stiv Uitkoff: ABŞ-İran danışıqları gələn həftə baş tuta bilər

Əziz Əzizli
Stiv Uitkoff: ABŞ-İran danışıqları gələn həftə baş tuta bilər

ABŞ və İranın çox güman ki, gələn həftə danışıqlar aparacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.

O, Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı bildirib:

“Bu görüş çox yaxında baş tutacaq. Ola bilsin, gələn həftə".

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində İranın görüş tələb etdiyini bildirib. O, danışıqların əgər kağız üzərində hansısa nəticə ilə yekunlaşmasının yaxşı olacağını qeyd edib. Amerika liderinin sözlərinə görə, o, İranla danışıqları o qədər də məqsədəuyğun hesab etmir, çünki ABŞ artıq bu ölkənin nüvə proqramını məhv edib.

“Bu baş verəndə mən danışıqların məqsədinin nə olduğunu soruşdum. Düşünürəm ki, onlar bizə də, İsrailə də hörmət edirlər. Onlar görüşmək istəyirlər, biz də görüşəcəyik”, – Tramp əlavə edib.

O bildirib ki, ABŞ-nin zərbələri kağız üzərindəki istənilən razılaşmadan daha güclü səslənir. “Ancaq mən başa düşürəm ki, İran bunu niyə istəyir”, – deyə Tramp vurğulayıb.

Teqlər:

"Stiv Uitkoff: AB\u015e-\u0130ran dan\u0131\u015f\u0131qlar\u0131 g\u0259l\u0259n h\u0259ft\u0259 ba\u015f tuta bil\u0259r"

Əlaqəli Xəbərlər