Menyu

Ukrayna Xarici İşlər Nazirliyi dost olmayan ölkələr üçün departament yaradacaq

Əziz Əzizli
Ukrayna Xarici İşlər Nazirliyi dost olmayan ölkələr üçün departament yaradacaq

Ukrayna Xarici İşlər Nazirliyinin yeni strukturunda “Qeyri-dost ölkələrlə iş üzrə idarə” adlı bölmə yaradılacaq.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Andrey Sibiga məlumat verib.

Onun sözlərinə görə, o, iyulun 7-dən etibarən Ukrayna XİN-də yeni strukturun fəaliyyətə başlamasını nəzərdə tutan əmr imzalayıb.

“Artıq bizdə yeni, ayrılmış idarələr olacaq. Məsələn, Qeyri-dost ölkələrlə iş üzrə idarə. Bu bölməyə yalnız Rusiya deyil, həmçinin onun müttəfiqləri — Şimali Koreya və Belarus kimi ölkələr də daxil olacaq. Məsələ ikitərəfli münasibətlərdə deyil, təhlükələrin qarşısının alınmasındadır”, – deyə Sibiga özünün "Facebook" səhifəsində yazıb.

Yeni idarənin fəaliyyətinə nəzarət birinci vitse-nazir tərəfindən həyata keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər