Menyu

Ötən ay ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 17 nəfər müraciət edib

Əziz Əzizli
Ötən ay ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 17 nəfər müraciət edib
1 dəq oxu

Bu ilin iyun ayı ərzində ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 17 nəfər qəbul olunub.

Mərkəzin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. İlan sancan şəxslər arasında ölüm halı qeydə alınmayıb.

Xatırladaq ki, ilansancma ilə əlaqədar KTM-in Toksikologiya şöbəsinə apreldə 1, mayda 6 nəfər müraciət edib.

Əlaqəli Xəbərlər