Zelenski beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

Əziz Əzizli
Zelenski beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

Volodimir Zelenski Çindən olan beş şirkətə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərmanı imzalayıb.

Operativ Media xəbər verir ki, müvafiq sənəd onun rəsmi saytında dərc olunub.

Siyahıya Çin Xalq Respublikasında qeydiyyatdan keçmiş beş hüquqi şəxsin adı daxildir. Məhdudiyyətlər on il müddətinə tətbiq edilir. Bu sanksiyalara aktivlərin dondurulması, ticarət əməliyyatlarının qadağan olunması, aktivlərin Ukraynadan çıxarılmasının qarşısının alınması, o cümlədən yerin təkindən istifadəyə verilmiş lisenziyaların ləğvi və digər tədbirlər daxildir.

Digər xəbərlər