Almaniya müdafiə xərclərini artıracaq

Əziz Əzizli
Almaniya müdafiə xərclərini artıracaq

Almaniya Kansleri Fridrix Mers Almaniyada müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması qərarının vacibliyini vurğulayıb.

Operativ Media xəbər verir ki, o, bunu Bundestaqda çıxışı zamanı deyib.

O qeyd edib ki, Almaniya Aİ və NATO-da aparıcı rol öhdəliyini öz üzərinə götürüb:

“Bundestaq Almaniyanın Əsas Qanununa dəyişiklik edilməsini təsdiqlədi. Bu dəyişiklik bizə müdafiə qabiliyyətimizin bərpası üçün ciddi səylər göstərməyə imkan verəcək. Açıq şəkildə bildirmək istəyirəm ki, əgər biz bu addımı atmasaydıq, əgər müdafiəmiz üçün daha çox vəsait ayırmağa hazır olmasaydıq, əgər biz Almaniya üçün Alternativ və Sol Partiyanın nümunəsinə uysaydıq, o zaman, yəqin ki, NATO-da üzvlüyümüzün 70-ci ilində Alyans dağılardı”, – deyə Almaniya kansleri qeyd edib.

Digər xəbərlər