Rusiya iki Azərbaycan süd şirkətinin məhsullarına qadağa qoyub

Əsəd Abbaslı
Rusiya iki Azərbaycan süd şirkətinin məhsullarına qadağa qoyub

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) 11 iyul 2025-ci il tarixindən etibarən Azərbaycan mənşəli süd məhsullarının idxalına qadağa tətbiq edəcək.

Operativ Media xəbər verir ki, qadağa “ALLBUY” (kərə yağı və pendir) və “MILK PRODUCTS” (kərə yağı) şirkətlərinə şamil olunur.

Qurumun açıqlamasına görə, bu müəssisələr Rusiyalı ekspertlərin yerində keçirməli olduğu yoxlamaları qəbul etməyib və məhsullarının Rusiya bazarına çıxarılmasında maraq göstərməyiblər.

Məlumatda bildirilir ki, bu səbəbdən sözügedən şirkətlərin bütün növ süd məhsullarının idxalına məhdudiyyət qoyulur.

Digər xəbərlər