ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Əsəd Abbaslı
Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynanın əlavə “Patriot” zenit-raket kompleksinin (ZRK) tədarükü ilə bağlı sorğusunu nəzərdən keçirəcək, lakin söhbət çox bahalı hərbi texnikadan gedir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Onlar (rəsmi Kiyev – red.) bunu istədilər. “Patriot” ZRK həqiqətən çox nadir silahdır. Daha əvvəl Ukraynaya çoxlu belə sistemlər göndərilib. Biz bunu nəzərdən keçirməli olacağıq. Bu, çox bahalı sistemdir", - Tramp Ağ Evdə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Teqlər:
"AB\u015e Ukraynaya daha bir \u201cPatriot\u201d sistemi t\u0259dar\u00fck ed\u0259 bil\u0259r"