10 israilli girov azad ediləcək

Əsəd Abbaslı
10 israilli girov azad ediləcək

HƏMAS radikal hərəkatı Qətərin paytaxtı Dohada məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsinə razılaşdığını elan edib.

Operativ Media xəbər verir ki, bu, HƏMAS-ın teleqram kanalında dərc edilmiş rəsmi bəyanatdan irəli gəlir.

"HƏMAS danışıqların uğurla nəticələnməsinə çalışır və bu səbəbdən 10 girovun azad edilməsinə razılaşıb. Lakin bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir", - məlumatda deyilir.

Digər xəbərlər