Ana səhifə / Dünya / Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə nələr daxildir? Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə nələr daxildir? 18.07.2025, 11:11 Əziz Əzizli Aİ səfirləri iki aylıq müzakirələrdən sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Operativ Media xəbər verir ki, yeni məhdudiyyətlər paketinin məzmununa dair əsas məqamlar bəlli olub. Avropa İttifaqının 18-ci sanksiyalar paketi 50-dən çox fiziki şəxs, şirkət və təşkilata təsir göstərəcək. Sanksiyalar paketinə aşağıdakılar daxildir: Rusiya neftinin qiymət tavanının bir barel üçün təxminən 47,6 dollara endirilməsi; “Şimal axını” layihəsinə qarşı sanksiyalar; Rusiya neftindən istehsal olunan məhsulların Aİ-yə idxalına qadağa; Rusiya neftini daşıdığı iddia edilən daha 105 tankerlə bağlı sanksiyalar; “Rosneft” şirkətinin Hindistandakı neft emalı zavoduna qarşı məhdudiyyətlər; Rusiyaya dəstək verdiyi iddia edilən bir neçə Çin bankına qarşı sanksiyalar; 22 Rusiya bankına məhdudiyyətlər, o cümlədən onların SWIFT sistemindən ayrılması və əməliyyatlara tam qadağa; İkili təyinatlı avadanlıqlara, xüsusən də hərbi sənayedə istifadə oluna bilən dəzgahlara məhdudiyyətlər. Teqlər: "A\u0130-nin Rusiyaya qar\u015f\u0131 yeni sanksiyalar paketin\u0259 n\u0259l\u0259r daxildir?"