Menyu

"Sabah" - "Borussiya Dortmund" oyununa satılan bilet sayı açıqlanıb

Operativ Media
"Sabah" - "Borussiya Dortmund" oyununa satılan bilet sayı açıqlanıb
1 dəq oxu

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Sabah” – “Borussiya” (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.

Operativ Media xəbər verir ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb. Alman klubunun azarkeşləri isə indiyədək 1 715 bilet alıblar.

Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Əlaqəli Xəbərlər