Menyu

Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikəcək

Əziz Əzizli
Latviya Rusiya ilə sərhəddə bomba sığınacaqları tikəcək

Latviyanın hökumət orqanları ölkənin Rusiya ilə sərhəd bölgələrində 15 bomba sığınacağı inşa etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Latviyanın LSM dövlət portalı məlumat yayıb.

Sığınacaqların Ludza, Balvi və Kraslava bölgələrində tikiləcəyi bildirilir. Onların inşası üçün vəsait Avropa İttifaqının Regional İnkişaf Fondu tərəfindən ödəniləcək.

Qeyd edək ki, bu ilin aprel ayında Latviyanın daxili işlər naziri Rixards Kozlovskis ölkədə “mobil sığınacaqların” tikintisi imkanlarının nəzərdən keçirildiyini deyib. Onun fikrincə, bu cür obyektlərin dövlət qurumlarının yaxınlığında yerləşdirilməsi effektiv ola bilər.

Teqlər:

"Latviya Rusiya il\u0259 s\u0259rh\u0259dd\u0259 bomba s\u0131\u011f\u0131nacaqlar\u0131 tik\u0259c\u0259k"

Əlaqəli Xəbərlər